Bakı. Trend:
Bu ilin martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Oructutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Lakinsəhhətində problemi və xroniki xəstəliyi olanlar üçün oruc tutmaqvacib buyrulmur. Belə üçün də oruc tutmaqla bağlı müəyyəntəlimatlar var.
Bəs, kimlər oruc tuta bilməz?
Mövzu ilə bağlı Trend-ə danışan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ)əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev bildiribki, 6 qrup insan oruc tuta bilməz.
“Aşağıdakı insanların üzərindən Ramazan ayının orucugötürülmüşdür:
1. Yaşın çox olma səbəbindən taqətsiz qocalar;
2. Müəyyən xəstəlikləri (mədə yarası və mədə xorası, şəkərlidiabet və s.) olan adamlar;
3. Hamiləliyinin son aylarında olan qadınlar;
4. Süd verən qadınlar;
5. Mensturasiya və ya nifas dövründə olan qadınlar;
6. Səfərdə olan şəxslər; ”.
İlahiyyatçı qeyd edib ki, qadınlarda baş verən hallar bitdikdənsonra, səfərdə olanlar isə vətənlərinə qayıtdıqdan sonra Ramazanorucunu qəza edirlər.
Hansı xəstəlikləri olan insanlar oructutmamalıdır?
Bu barədə qastroenteroloq Türkan AlyarovaTrend-əbildirib ki, bir sıra mədə-bağırsaq problemlərindən əziyyət çəkəninsanlar vardır ki, onlar üçün oruc tutmaq müəyyən qədər problemləryarada bilər:
“Eyni zamanda oruc tutmaq onların var olan şikayətlərini artırabilər. Ona görə də əgər, mədə-bağırsaq probleminiz varsa, oructutmadan əvvəl mütləq şəkildə bir qastroenteroloqla məsləhətləşməklazımdır. Bəzi problemlər sadalayacam ki, bu xəstəliklərdən əziyyətçəkən insanların oruc tutmadan öncə mütləq həkimləməsləhətləşmələri vacibdir. Birinci növbədə mədə yarası, kəskinqastriti olan insanlar şikayətlərini oruc tutaraq artıra bilərlər.Çünki, orucluq dönəmində biz uzun müddət ac qaldığımız üçün mədəturşuluğu artır, bu da yaranın pisləşməsinə və sağalmasınıngecikməsinə gətirib çıxarır. Kəskin mərhələdə qastriti olaninsanlarda turşuluq artdığına görə, həm mədə yanması, həm də ağrışikayətləri arta bilər”.
Həkim qeyd edib ki, ikinci yerdə reflüks dayanır:
“Reflüks xəstəliyi mədə möhtəviyyatının qida borusuna geriqayıtması xəstəliyidir. Hansı ki, xəstələr döş qəfəsi arxasındaağrı, yanma, göynəmə şikayətlərindən, gəyirmədən əziyyətçəkirlər.
Oruc tutan zaman mədədə turşuluq artdığına görə, reflüksxəstələri də oruc tutanda mədədəki var olan artmış turşuluğun qidaborusuna qayıtması nəticəsində reflüks şikayətləri arta bilir.Eləcə də sahurda ağır yemək yeyildiyi təqdirdə bu da reflüksşikayətlərini artıra bilir. Xüsusilə buna şirniyyat, un məmulatlarıaitdir. Bunlar ağır qidalar olduğuna görə, yeyilib, sonra gedibyatılması reflüks şikayətini artıracaq. Daha sonra isə deyə bilərəmqıcıqlanmış bağırsaq sindromunu. Son dönəmlərdə çox aktual olan birproblemdir. Buna əsəbi bağırsaq sindromu və ya mədə- bağırsaqnevrozu da deyirik. Stress, düzənsiz qidalanma, uzun müddət acqalmaq qıcıqlanmış bağırsaq sindromunun şikayətlərini artıra bilər.Əgər xəstədə qəbizlik və ya ishal varsa, daha da pisləşəbilər”.
“İltahabi bağırsaq xəstəliyi olan kron xəstəliyindən əziyyətçəkən insanlarda kəskinləşmə mərhələlərində oruc tutmaq həminşəxslərin vəziyyətlərini pisləşdirə və ağırlaşdıra bilər. Mütləq buinsanlar həkim məsləhəti olmadan oruc tutmamalıdırlar. Mədə və yahəzim sistemi əməliyyatı keçirmiş insanlar da oruc tuta bilməz.Onlarda bağırsaq hərəkətliliyinin yavaşlaması sağalmanı vəreabilitasiyanı ləngidir. Əgər xəstəmiz şiddətli qəbizlikdən və yaşiddətli ishaldan əziyyət çəkirsə, bunlar da mütləq nəzarətdəqalmalıdır. Çünki oruc əsnasında ac qalırıq və yetərli miqdarda suqəbul etmirik. Bu qəbizlik şikayətini kəskin artıra bilər. Eləcə dədavamlı ishaldan əziyyət çəkən insanlarda bədən yüksək miqdardamaye itirdiyinə görə, və lazımi qədər su qəbul edilmədiyinə görə,ishal şikayətləri də olduqca artar. Sadaladığım xəstəliklərdənəziyyət çəkirsinizsə və oruc tutmaq niyətindəsinizsə, mütləq birqastroenteroloqa müraciət edin, onun tövsiyyələri əsasındadavranın”,- deyə həkim əlavə edib.