AZ

İftar üçün 15 dəqiqə qaydası

Prof. Dr. Taşğın uzun müddət oruc tutduqdan sonra şüursuz olaraq iftarda yemək yeməyin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib.

News24.az bildirir ki, professorun sözlərinə görə, iftarda ən sağlam fərdlər belə təqribən 15 dəqiqə ərzində yemək və içkilərinə nəzarəti itirir. Bu vəziyyətdən qaçmaq üçün nəzarətli şəkildə yeməyə başlamaq vacibdir. Orucumuzu zeytun, su, xurma kimi yüngül qidalarla açıb sonra şorba ilə davam etməli, qısa bir ara verərək, yüngül əsas qidalarla davam etməliyik.

İftardan sonra desert istehlakına diqqətli olmalarını istəyən Taşğın qəlyanaltı olaraq südlü, meyvəli desertlər və ya sadəcə meyvələr təklif edib.

Zəhraxanım Şeydayeva

Seçilən
29
news24.az

1Mənbələr