1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hollivud aktrisası Holli Berri aktyor Edrian Broudini onun sevgilisi Corcina Çapmenin gözü qarşısında ehtirasla öpüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər verib.
Bildirilir ki, Edrian Broudi və Corcina Çapmen Los-Ancelesdə keçirilən 97-ci "Oskar" mükafatlandırma mərasiminin qonaqları olublar. "Qırmızı xalı"da cütlük Holli Berri ilə qarşılaşıb.
Aktrisa onlara yaxınlaşaraq üzünü Çapmenə tutub.
"Təəssüf edirəm, Corcina, amma bunu etməliyəm", - deyib və Broudini ehtirasla öpüb.
Aktyor da bu öpüşə qarşılıq verib, ardından onu qucaqlayıb. Çapmen isə təəccüblənmək əvəzinə əl çalıb.
Holli Berri bu hərəkətini 2003-cü ildəki hadisənin intiqamı adlandırıb. Həmin il o, "Ən yaxşı kişi rolu" kateqoriyasının qalibini elan etmək üçün səhnəyə çıxmışdı. Broudi isə mükafatını almaq üçün səhnəyə qalxaraq gözlənilmədən Berrini öpmüşdü.


