AZ

Suriyada məsciddə atışma: Ölənlər var  

Suriyanın Həma əyalətində müsəlman dindarların kütləsinə silahlı hücumu nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Parol.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Hadisə rayonun Xəyalın kəndində baş verib. Silahlı şəxs yerli məscidin yanından motosikletlə keçərkən atəş açıb.

Polis cinayətkarın tapılması istiqamətində tədbirlər görür, yaralılara tibbi yardım göstərilir.

Seçilən
98
2
parol.az

3Mənbələr