AZ

"Kimsə Zelenskini sülhə məcbur etməlidir" - Putinin köməkçisi  

"O, sülh istəmir. Kimsə Zelenskini sülh istəməyə məcbur etməlidir. Əgər avropalılar bunu bacarırsa, onlar hörmət və təriflərə layiqdir".

Parol.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Avropanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Hazırda bu prosesə istənilən konstruktiv dəstək və hər hansı konstruktiv təşəbbüslər tələb olunacaq. Aydındır ki, kimsə Zelenskini Vaşinqtonla ünsiyyətindən sonra Ağ Evdə şübhəsiz qalan xoşagəlməz çöküntünü neytrallaşdırmaq üçün onunla dialoq baxımından xeyli səy göstərməli olacaq. Aydındır ki, bunu etmək asan olmayacaq. Üstəlik, kiminsə Zelenskinin özünün mövqeyini dəyişməyə məcbur etməsi vacibdir", - deyə Peskov vurğulayıb.

Seçilən
90
7
parol.az

8Mənbələr