AZ

Tramp fentanil tədarükünə görə Çin mallarına rüsumları 20 %-ə qədər artırıb

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ikiqat artıraraq 10 %-dən 20 %-ə çatdırmaq qərarına gəlib.

"Report"un xəbərinə görə, bu barədə Amerika liderinin fərmanında deyilir. Belə bir tədbir Çin hökumətinin ABŞ-yə fentanil tədarükünü məhdudlaşdıran addımlar atmadığına görə qəbul edilib.

"Mən belə nəticəyə gəlirəm ki, Çin kooperativ hüquq-mühafizə səyləri vasitəsilə qadağan olunmuş narkotik vasitələrin böhranını yumşaltmaq üçün adekvat addımlar atmayıb və 14195 saylı İcra Fərmanında təsvir olunan böhran həll olunmayıb", - sənəddə deyilir. Bununla bağlı sözügedən fərmanın mətnində dəyişiklik edilib: 10 faiz rüsum 20 faizlə əvəz edilib.

Seçilən
47
1
report.az

2Mənbələr