AZ

ABŞ: Zelenskinin barışmaq üçün motivi yoxdur

Ukrayna prezidenti Vladimir Zelenskinin sülh bağlamaq üçün heç bir motivasiyası yoxdur...

Poliqon xəbər verir ki, bu barədə amerikalı milyarder Devid Saks Fox News telekanalında bildirib.

"Zelenskinin sülh bağlamamaq üçün güclü motivləri var", o, deyib. Saks vurğulayıb ki, müharibə bitərsə, Zelenski hakimiyyətini itirəcək. İş adamı əlavə edib ki, Ukrayna prezidenti ölkəsində çox populyar deyil.

Qeyd edək ki, fevral ayında Ukrayna prezidenti Vladimir Zelenski seçkilərin yalnız ölkədə hərbi vəziyyət aradan qaldırıldıqdan sonra keçiriləcəyini bildirmişdi. Ukrayna lideri vəzifəsindən getməyə hazır olduğuna da inandırıb, lakin bunun üçün bir neçə şərtin adını çəkib. Onun sözlərinə görə, sülhün başlanması üçün lazım gələrsə, getməyə razıdır. İkinci variant “NATO müqabilində” vəzifəsini tərk etməkdir.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr