AZ

ABŞ-də 100 dollarlıq əskinaslara Trampın şəklini daxil etmək üçün qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasının iki üzvü Benjamin Franklinin portretinin 100 dollarlıq əskinaslar üzərində prezident Donald Trampın portreti ilə əvəzlənməsi üçün qanun layihəsi təqdim edib.

Respublikaçı Nümayəndələr Brandon Gill və Troy Nehls sosial media platforması X üzərindəki paylaşımda “Qızıl Dövr 2025 Aktı” adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıblar.

"Operativ Media" xəbər verir ki Nehls açıqlamsında "Heç kim Amerikanı prezident Trampdan daha çox qızıl dövrə aparmamışdır. Onu 100 dollarlıq əskinasda qoymaq onun növbəti dörd il ərzində əldə etdiyi hər şeyi şərəfləndirmək üçün kiçik bir yoldur" deyə bildirib.

Gill “Gəlin tarix yazaq” deyərək qanun layihəsini dəstəkləməyə çağırıb. O, açıqlama verib.

Təklif qanuna çevrilərsə, Trampın şəkli 2028-ci il dekabrın 31-dən sonra çap edilən bütün 100 dollarlıq əskinaslarda yer alacaq.

Seçilən
45
operativmedia.az

1Mənbələr