AZ

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib

Ağ Evin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar Ukrayna tərəfinin sülh razılaşmasını asanlaşdırmaq istəyinə əmin olana qədər Ukraynaya hərbi yardımı dayandırıb...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, təkcə gələcək tədarüklər deyil, həm də artıq tranzitdə olanlar da dayandırılıb. Agentlik qeyd edir ki, söhbət “kritik əhəmiyyətli döyüş sursatları”, idarə olunan çoxsaylı buraxılış raket sistemləri və tank əleyhinə silahlardan gedir.

Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq”, deyə Ağ Evdə bildiririlib.

“Biz yardımımızı dayandırırıq və nəzərdən keçiririk ki, onun həllə töhfə verəcəyinə əmin olun”, deyə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi Reuters agentliyinə deyib.

Martın 3-də Ukrayna prezidenti Vladimir Zelenski bildiririb ki, sülh hələ çox uzaqdadır.

“Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək! Əgər kimsə sövdələşmək istəmirsə, o zaman o adamın burada çox qalacağını düşünmürəm”, deyə Tramp Zelenskiyə cavab verib.

Poliqon.info

Seçilən
18
1
poliqon.info

2Mənbələr