AZ

İrəvanda maşınından Azərbaycan bayrağı asan görün kimdir - VİDEO

İrəvanda maşınından Azərbaycan bayrağı asan görün kimdir - VİDEO

Bu gün sosial şəbəkələrdə İrəvan-Qəmərli (Artaşat) yolunda bir minik avtomobilinin yük yerindən Azərbaycan bayrağının asılmasının səbəbi ortaya çıxıb.

Qlobal.net axar.az-a istinadən bildirir ki, əvvəlcə bu şəxsin Azərbaycanı təbliğ etdiyi təəssüratı yaranıb.

Avtomobil saxlanılaraq, polis şöbəsinə gətirilərkən məlum olub ki, o, Uluxanlının (indiki adı Masis) Qaraqışlaq (azərbaycanlı kəndi olub, azərbaycanlıların deportasiyasından sonra 1991-ci ildə adı dəyişdirilərək, Hayanist qoyulub və ermənilər bura köçürülüb, İrəvanla arası 15,4 km-dir - red.) kəndidə yaşayan sakindir. Oğlu yenicə əsgərlikdən gəlib və onun niyyəti Azərbaycanı təbliğ etmək yox, Azərbaycan bayrağını təhqir etmək olub. Azərbaycanlıların kəndinə yerləşən bu erməni Azərbaycan bayrağını ləkələmək niyyətilə maşınının arxasına bağlayıb.

Ermənistan Daxili İşlər Nazirliyi məlumatı təsdiq edib, sürücü barəsində isə "maşının nömrəsini gizlətdiyi üçün" protokol tərtib edilib.

***
Ermənistanın paytaxtı İrəvanda yük yerindən Azərbaycan bayrağı asan avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.

Qlobal.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan məlumat yayıb.

O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq işin başlanılıb-başlanmamasına qərar verəcəklər.


Seçilən
108
7
qlobal.net

10Mənbələr