Kişi voleybolçuların Yüksək Liqasının “Xilasedici” - “Azərreyl” qarşılaşmasının vaxtı bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti açıqlayıb.
XIII turdan təxirə salınan matç martın 25-də baş tutacaq. Görüş FHN-nin idman zalında keçiriləcək.
Qeyd edək ki, oyun “Xilasedici”nin AVF-ə ünvanladığı müraciət əsasında təxirə salınıb. Buna komandanın ev oyunlarının keçirdiyi FHN-nin idman zalında cüdo yarışları keçirilməsi səbəb olub. AVF də klub rəhbərliyinin müraciətini nəzərə alaraq, matçın vaxtının dəyişidirilməsi ilə bağlı qərar qəbul edib.
İdman.biz