AZ

Paşinyan Rusiya ilə bağlı hərəkətə keçdi – Tapşırıqlar verildi

Ermənistanda əsas dövlət qurumlarına Rusiya ilə münasibətləri tənzimləmək tapşırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

“Parlament, Xarici İşlər Nazirliyi, istər komitələr, işçi qruplar, istərsə də hər hansı digər format vasitəsilə rusiyalı tərəfdaşlarla əlaqələri maksimum dərəcədə aktivləşdirmək gündəmdədir. Aidiyyəti strukturlara bildirilib ki, bununla bağlı bütün sessiyalarda fəal iştirak etsinlər, ezamiyyətlərə və görüşlərə təşəbbüs göstərsinlər. Bir sözlə, münasibətləri normallaşdırsınlar”, – deyə qəzet bildirib.

Nəşrin məlumatına görə, bu addımın səbəbi məlum deyil:

“Amma hakimiyyətdə pərdəarxası söz-söhbətlər dolaşır. Onlar başa düşürlər ki, xarici siyasət cəbhəsində kəskin dəyişikliklər həm siyasi, həm də iqtisadi baxımdan yaxşı heç nəyə gətirib çıxarmayacaq”./globalinfo.az/

Seçilən
8
turkustan.az

1Mənbələr