Bakı. Trend:
Martın 3-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdənbağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədənborclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.