AZ

MPL: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 2 görüş reallaşacaq.

Ümumiyyətlə bu gün ilk "5-lik"də yer alan iddialılar qarşılaşacaqlar. 
 
Əvvəlcə "Turan Tovuz" liderin ən yaxın izləyicisi "Zirə"ni qonaq edəcək. Qərb təmsilçisi qələbə qazansa, "qartallar"ı geridə qoya bilər. 

Günün ikinci oyununda "Sabah" ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətirəcəklər. Masazırdakı qarşılaşmasının nəticəsi turnir cədvəlində liderlərin mövqeyində yenidən dəyişiklik edə bilər. 

Qeyd edək ki, turun dünən keçirilən görüşlərində "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı üstələyib. Hər iki qarşılaşmada qonaq komandalar 2:0 hesabı ilə qalib gəliblər.  

Misli Premyer Liqası
25-ci tur
4 mart (çərşənbə axşamı)

17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı, Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu

19:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov, Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”

Seçilən
0
50
fanat.az

10Mənbələr