“Kiçik Addımlarla Böyük Uğura: İcmaəsaslı Məktəbəqədər Təhsil” layihəsi çərçivəsində təlimlər uğurla davam edir.
Layihə çərçivəsində təlim qrupuna 3-5 yaşlı 40 uşaq cəlb olunub. Uşaqlar həftədə 5 gün, hər biri 20 uşaq olmaqla, 2 qrupda təhsil alırlar. Təşkil olunmuş qruplarda uşaqlar fərdi qruplara ayrılmaqla və kollektiv şəkildə əyləncəli didaktik və mütəhərrik oyunlarla yanaşı ilkin biliklərə yiyələnirlər. Layihə çərçivəsində keçirilən məşğələlərdə uşaqlara ilkin kulinar biliklər öyrədilir və onlar özlərinə müəllimlərin yardımı ilə kiçik kekslər hazırlamağı öyrənirlər. Bu cür masterklasslar uşaqlarda özgüvəni artırır.
Qeyd edək ki, layihə Kainat Tədris Mərkəzi Quba filialında Həsənbəyova Svetlananın rəhbərliyi altında həyata keçirilir.







