AZ

Amorim “Mançester Yunayted”in strateji hədəfini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın strateji hədəfi haqqında söhbət açıb.

Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Məqsədimiz – İngiltərə Premyer Liqasını qazanmaqdır. Mən bilirəm ki, cari mövsümdə biz oyunları uduzur, qənimətləri itiririk, amma məqsədimiz – Premyer Liqanı yenidən qazanmaqdır. Mən bunun nə qədər vaxt alacağını bilmirəm. Biz bu məğlubiyyətdən azacıq zərər görə bilərik (İngiltərə Kubokunun 1/8 finalında evdə “Fulhem”ə məğlubiyyət: 1:1, penaltilərlə 3:4 – redaktorun qeydi). Bəzən zərər daha güclü ola bilər. Amma bizim məqsədimiz var. Biz də bunun üzərində köklənməyə davam edirik, heç nəyə baxmayaraq. Bunun nə vaxt baş verəcəyini bilmək isə mümkünsüzdür. Mən oyunçuları daha yaxşı başa düşməyə başlayıram, liqanı daha yaxşı anlamağa başlayıram. Mən komanda ilə gələcəkdə nə etmək gərək olduğunu da bilirəm. Biz isə bunu bir müddət sonra görəcəyik”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 27 oyununda 33 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə iddialıdırlar.

Əlavə edək ki, “Mançester Yunayted” 20 dəfə İngiltərə çempionu olub ki, bu da mütləq rekorddur. “Qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasında son çempionluğu isə 2012/2013-cü illər mövsümünə təsadüf edir.

Seçilən
57
50
arena.az

10Mənbələr