AZ

"Milan"da yeni anlaşma - RƏSMİ

"Milan" klubu yarımmüdafiəçisi Teyani Reynders ilə müqavilə müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun rəsmi saytı yayıb. 

Xəbərə görə, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 5 illikdir. Reyndersin "rossonerlər" ilə əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatır. 

Reynders 2023-cü ilin iyulunda "Milan"a keçib. Ötən mövsüm o, komanda ilə İtaliya Superkubokunu qazanıb. Niderlandlı futbolçu 40 oyun, 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

27 oyunun nəticəsinə əsasən "Milan" 41 xalla A Seriyasının turnir cədvəlində 9-cu yerdədir.

 

Seçilən
7
fanat.az

1Mənbələr