Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 2024-cü ilin aprelində paytaxtın Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Elvin Məmmədov tanışı, Türkiyə vətəndaşı, 2003-cü təvəllüdlü Evcil Abdulhakim Sabri oğlunu bıçaqlayıb.
Daha sonra o, saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov
Tarix: 4 Mart 2025, 10:07