AZ

Bakıda Türkiyə vətəndaşını bıçaqlayan şəxsə hökm oxundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 2024-cü ilin aprelində paytaxtın  Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Elvin Məmmədov tanışı, Türkiyə vətəndaşı, 2003-cü təvəllüdlü Evcil Abdulhakim Sabri oğlunu bıçaqlayıb.

 

Daha sonra o, saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 4 Mart 2025, 10:07   
Seçilən
64
pravda.az

1Mənbələr