AZ

Ukrayna PUA-ları Rostovda neft bazasını vurub

Pilotsuz təyyarələr Rostov vilayətindəki neft anbarına hücum edib

Herbiand.az Rusiya mənbələrinə sitinadən xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələrinə məxsus PUA-ların uzaq məsafədən zərbə endirməsi nəticəsində Rusiya Silahlı Qüvvələrinin 6-cı motoatıcı briqadasının “Çertkovskaya neft deposu” ərazisində yerləşən yanacaq-sürtkü materialları anbarı zədələnib.

Ukrayna mənbələrinin məlumatına görə, “neft bazası ərazisində iki güclü partlayış qeydə alınıb, bundan sonra güclü yanğın başlayıb”.

Hadisə yerindən çəkilmiş videogörüntülər ən azı bir çənin zədələndiyini təsdiqləyir ki, bu da neft məhsullarının nəzarətsiz sızmasına və sonradan yanğının ərazisinin artmasına səbəb olub.

Seçilən
16
herbiand.az

1Mənbələr