AZ

Xabarovsk-Ayan reysi ilə uçan təyyarənin salonunda nasazlıq yaşanıb

Xabarovsk-Ayan reysi ilə uçan təyyarə salonunda tüstülənmə səbəbindən çıxış hava limanına geri qayıdıb.

7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.

Məlumata görə, "Aurora" aviaşirkətinə məxsus təyyarənin sağ mühərrikində tüstülənmə baş verib. Göyərtədə 11-i sərnişin olmaqla 13 nəfər olub.

Bildirilib ki, xəsarət alan olmayıb. Qurum araşdırma aparır.
 
 

Seçilən
153
2
7news.az

10Mənbələr