AZ

"Vətəndaş əmlakından istifadə edə bilmir" - QHT sədri / VİDEO

Milli Məclisin İnsan Hüquqları Komitəsinin təşəbbüsü ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı çıxış edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məhkəmə proseslərində Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə toxunub.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, məhkəmə çəkişmələrində tərəflər arasında konkret əmlak mübahisəsi olduqda və Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi prosesə 3-cü tərəf kimi cəlb edildikdə, qurum mübahisəli şəxsin bütün əmlakına məhdudiyyət qoyur. Nəticədə vətəndaşın sahiblik hüququ məhdudlaşdırılır, əmlakın özəlləşdirilməsi mümkünsüz olur. Çingiz Qənizadə bildirib ki, məhkəmə proseslərinin uzun çəkməsi – 6-8 ay və ya daha çox vaxt aparması səbəbindən vətəndaşlar bu müddət ərzində öz əmlaklarından istifadə edə bilmirlər.

O, çıxışında vurğulayıb ki, bu praktika qanunlara ziddir və Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu cür addımları Milli Məclis tərəfindən qəbul olunmuş qanunlardan üstün sayıla bilməz. Komitə sədri məsələ ilə bağlı aidiyyəti qurumların izahat verməsinin vacib olduğunu bildirib.

Müzakirənin tam versiyasını videoda izləyə bilərsiniz:

 

Pərvanə Fərhadqızı

Seçilən
47
qht.az

1Mənbələr