AZ

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda bilər – KİV


Prezident Donald Trampın administrasiyası Moskva ilə əlaqələri bərpa etmək və Ukraynada müharibəyə son qoymaq səyləri çərçivəsində Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq planı üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ağ Ev Dövlət Departamenti və Maliyyə Departamentindən yüngülləşdirilə biləcək sanksiyaların siyahısını hazırlamağı xahiş edib. Qeyd olunub ki, siyahı ABŞ və Rusiya arasında planlaşdırılan danışıqların növbəti raundu üçün hazırlanmalıdır.
Nəşrin mənbələrinə görə, ABŞ Rusiyanın bəzi hüquqi və fiziki şəxslərinə, o cümlədən bir neçə oliqarxa qarşı sanksiyaları ləğv edə bilər. Vaşinqtonun sanksiyaların yüngülləşdirilməsi müqabilində Moskvadan konkret nə tələb edəcəyi hələlik bəlli deyil.
Seçilən
50
yeniavaz.com

1Mənbələr