AZ

Azərbaycan əczaçılıq sənayesində yeni pillə (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və MacaristanRespublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə,12.02.2025-ci il tarixində Azərbaycan Respublikası TibbUniversiteti və Scandens Pharmaceutical Industrials Ltd. əczaçılıqzavodunun nümayəndələrinin, Macarıstan Respublikasının PécsUniversitetinə rəsmi səfəri baş tutub.

Pécs Universiteti 1367-ci ildə Kral I Ludovik tərəfindən təsisedilib və Macarıstanda ilk, Mərkəzi Avropada isə dördüncüuniversitet olaraq tarixə adını qızıl hərflərlə yazdırıb.

Scandens Pharmaceutical Industries 2016-cı ildə təməliAzərbaycanda qoyulan elmi əsaslı əczaçılıq zavodudur.

Səfərin məqsədi Pécs Universiteti ilə Pannon Pharma arasındaolan mövcud bilik və təcrübə mübadiləsi, o cümlədən tədrismetodikasını, Azərbaycan Tibb Universiteti və ScandensPharmaceutical şirkəti arasında tətbiq etməkdir.

Bu təşəbbüsün əsas hədəfi kimi tələbə və təcrübə mübadiləsi,həmçinin ixtisaslaşma, doktorantura, ikili diplom və s. olaraqnəzərdə tutulub.

Dördlü əməkdaşlıq çərçivəsində, tərəflər arasında elmi vətədqiqat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, əczaçılıqsənayesində beynəlxalq çərçivədə yerli kadr potensialınıngücləndirilməsinə töhfə verməkdir.

Bundan əlavə qeyd edək ki, Scandens tərəfi, Pécs Universitetindətəhsil alan Azərbaycanlı tələbələrlə görüş təşkil edərək, onları,yerli əczaçılıq sahəsindəki yeniliklər və gələcək imkanlar barədədə bilgiləndirib. Burada məqsəd, məhz, Azərbaycanlı tələbələriyerli əczaçılıq sahəsində peşəkar fəaliyyətə cəlb etmək və ölkəninsənaye inkişafına qatqı təmin etmələrini təşviq etməkdir.

Səfərin sonunda, Azərbaycan və Macarıstan arasında təhsil vəelmi əməkdaşlığın inkişafı istiqamətində memorandum kimiəhəmiyyətli addımlar atılması qərara alınıb.

Azərbaycan
Azərbaycan
Seçilən
16
az.trend.az

1Mənbələr