AZ

Paşinyandan Zəngəzurla bağlı anons: “Bir-iki həftə ərzində…”

"Azərbaycanın ən çox böyütdüyü məsələ regional kommunikasiyaların açılmasıdır. Bakı bu baxımdan Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini bildirir".

Ermənistandan Rusiya ilə bağlı U dönüşü - Paşinyan gizli tapşırıq verdi

 Olaylar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Armenpress"dəki məqaləsində yazıb.
O iddia edib ki, Ermənistan birtərəfli qaydada nəqliyyat və iqtisadi kommunikasiyaları açmaq öhdəliyi götürməyib:
"Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır. Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd məntəqəsinin açılması ilə bağlı qərar layihəsini yaymışdı ki, bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək".
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti yolların açılması haqda bir-iki həftə ərzində qərar qəbul edə bilər:

"Təbii ki, Naxçıvana gediş-gəliş üçün infrastruktur yoxdur və onu qurmaq lazımdır. Bunu kifayət qədər tez də etmək olar. Amma hazırda yük maşınları Kornidzor keçid məntəqəsindən keçməklə Ermənistana daxil ola və oradan yollarımızla Türkiyəyə gedə bilər. Azərbaycan və Türkiyənin marağı olarsa, belə bir qərar verməyə hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr