AZ

Səbir və sakitliklə gözləyəcəyik - Meksika prezidenti

BAKI, TurkicWorld

Meksika prezidenti Claudia Sheinbaum, ABŞ-ın Meksikadan idxal edilən mallara 25% gömrük vergisi tətbiq etmə qərarına cavab verərək, "Sakitlik və səbir nümayiş etdirəcəyik" ifadəsini işlədib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Sheinbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında ABŞ-ın yeni tarif qərarına münasibət bildirib.

"Səbir və sakitliklə gözləyəcəyik. Qeyri-müəyyənlik yaratmayaq. Bu, ABŞ hökumətinin alacağı qərardır və çox vacibdir. Sakit və səbirli olmalıyıq. A planı, B planı, C planı və D planımız var, heç kim narahat olmasın." - deyə o bildirib.

Sheinbaum, Meksikanın fentanil və narkotik ticarətinə qarşı üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, dünən etdiyi açıqlamada Kanada və Meksikadan idxal edilən mallara 25%-lik gömrük vergisinin 2 aprel tarixindən etibarən qüvvəyə minəcəyini bildirmişdi.

"Ancaq daha da vacibi odur ki, sabahdan etibarən Kanada və Meksikaya 25% gömrük vergisi tətbiq olunacaq." - deyə o bildirmişdi.

Bu qərarın ABŞ-Meksika ticarət münasibətlərinə necə təsir edəcəyi yaxın günlərdə bəlli olacaq.

Seçilən
32
turkic.world

1Mənbələr