AZ

"Yuventus"un portuqaliyalısı sıradan çıxdı

Müqavilə ilə "Portu"ya məxsus olan, hazırda icarə əsasında "Yuventus"un formasını geyinən 22 yaşlı vinger Fransişku Konseysau sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, dünən aparılan müayinələr zamanı onun dizaltı vətərlərində dartılma aşkarlanıb.

Portuqaliyalı futbolçunun 10 gün yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.

Xatırladaq ki, "ağ-qaralar" Konseysaunu "Portu"dan 7 milyon avro qarşılığında, cari mövsümün sonunadək icarəyə götürüblər. Razılaşmaya əsasən Turin klubu bu yay gənc oyunçunun transfer hüquqlarına yiyələnə bilər.

Nihat

Seçilən
16
fanat.az

1Mənbələr