AZ

Bakıda metil spirtindən ölənlərin sayı 25-ə çatdı

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib.

Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir.

Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu hadisə ilə də Bakıda son 10 gün ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

Seçilən
29
15
heftelik.az

10Mənbələr