ABŞ-nin hərbi yardımını dayandırmasından sonra Ukrayna indiki döyüş sürətini yalnız bir neçə həftə və ya ən yaxşı halda yay aylarının əvvəlinə qədər saxlaya biləcək.
"Cebheinfo.az" "CNN"-ə istinadən xəbər verir ki, keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası səlahiyyət müddətinin bitməsinə az qalmış Ukraynaya silah tədarükünü sürətləndirərək ölkəni müasir silah ehtiyatları ilə təmin edib.
Avropa ölkələri ABŞ-nin artilleriya tədarükünü müəyyən qədər əvəz edə bilsə də, Ukraynanın istifadə etdiyi ən müasir silahlar əsasən ABŞ-dən gəlirdi.
Xatırladaq ki, ABŞ Ukraynaya hərbi yardım tədarükünü dayandırdığını bildirmişdi.