AZ

AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.

Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.

Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib. Yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri” layihəsinə də start veriləcək.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb.

“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev klubun və üzv şirkətlərin fəaliyyətindən danışıb. Konfederasiya tərəfindən sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yüksək qiymətləndirən Telman Əliyev “AHİK Plus” proqramı çərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün də maraqlı olduğunu diqqətə çatdırıb.

Sonra Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlük sertifikatı təqdim olunub.

XQ

Seçilən
9
15
xalqqazeti.az

10Mənbələr