AZ

Kanada ABŞ-dan idxal olunan mallara 25 faiz rüsum tətbiq edəcək

Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxala gömrük rüsumlarının bu gündən başlayacağı ilə bağlı açıqlamasına cavab verib.

İki sahil” xəbər verir ki, Kanadanın bu ədalətsiz qərarın cavabsız qalmasına icazə verməyəcəyini vurğulayan Trüdo, "Amerika tarifləri qüvvəyə minərsə, Kanada bu gündən qüvvəyə minən 25 faizlik tariflə cavab verəcək" deyib.

"ABŞ tariflərinin sona çatmayacağı təqdirdə müxtəlif qeyri-tarif tədbirləri həyata keçirmək üçün əyalətlər və ərazilərlə aktiv və davamlı müzakirələr aparırıq", - deyən Trüdo, Kanadanın tariflərinin ABŞ ticarət fəaliyyətini geri götürənə qədər qüvvədə qalacağını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Kanada və Meksikadan idxal edilən məhsullara 25 faizlik gömrük rüsumunun bu gündən başlayacağını açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
17
7
ikisahil.az

5Mənbələr