AZ

Azərbaycanda uşaq bağçası yandı - FOTO 

  Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb.

Referans xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kücəkənd kənd körpələr evi-uşaq bağcasında baş verib.

Belə ki, ümumi sahəsi 320 kvadratmetr və 10 otaqdan ibarət olan bağca tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır. \\apa

Seçilən
24
10
referans.az

10Mənbələr