AZ

"Beşiktaş" klubu loqosunu yenilədi

Türkiyə Super Liqası komandası "Beşiktaş" loqosunu yeniləyib.

"Beşiktaş" klubu loqosunu yeniləyib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti açıqlama yayıb.

Klubdan verilən açıqlamada bildirilib ki, “Şanlı loqomuz, klubumuzun marka dəyərini daha yaxşı əks etdirməsi, rəqəmsal platformalarda və çap tətbiqlərində daha aydın görünməsi məqsədilə müasir brendləşmə standartları nəzərə alınaraq yenilənmişdir. Yenilənmiş loqomuz, indiyə qədər istifadə etdiyimiz loqo ilə eyni formaya əsaslanaraq dizayn olunmuşdur.”

Loqoda edilən dəyişikliklər belə açıqlanıb:

122 ildir qürurla daşıdığımız Türkiyə bayrağı böyüdüldü. Bayraq, künc nöqtələrinin loqodakı qara sütunun sərhədlərinə yerləşdirilməsi nəticəsində daha uyumlu bir görünüş qazandı.

Loqodakı Türkiyə bayrağının qırmızı rəngi rəsmi Türkiyə bayrağının qırmızı tonu ilə eyni hala gətirildi.

Loqonun xarici xəttindəki qara kontur qalınlaşdırıldı. Ağ konturla eyni qalınlığa gətirilən qara kontur daha nəzərəçarpan bir görünüş əldə etdi.

"B", "J" və "K" hərfləri eyni ölçüyə gətirildi, "1", "9", "0" və "3" rəqəmləri isə eyni qalınlıqda dizayn olundu. Bununla da tipoqrafik bütövlük təmin edildi.

Seçilən
16
operativmedia.az

1Mənbələr