AZ

Dünyanın ən böyük çip istehsalçısı ABŞ-a 100 milyard dollar sərmayə qoyacaq

Prezident Donald Tramp bildirib ki, "Apple" və "Nvidia" ilə əməkdaşlıq edən Tayvanın çip nəhəngi "Semiconductor Manufacturing Company" (TSMC) ABŞ-dakı müəssisələrinə ən azı 100 milyard dollar sərmayə qoyacaq...

Poliqon xəbər verir ki, dövlət başçısının sözlərinə görə, pul Arizona ştatında çoxlu yüksək maaşlı iş yerləri yaradacaq beş qabaqcıl istehsal müəssisəsinin tikintisinə sərf olunacaq.

"Bizim üçün bu, iqtisadi təhlükəsizliklə yanaşı, milli təhlükəsizlik məsələsidir", deyə prezident bildirib.

Tramp əlavə edib ki, bu və bir neçə başqa layihə ABŞ-a qlobal çip istehsalı bazarının 40%-ə qədərinə nəzarəti ələ keçirməyə imkan verəcək.

Dünən TSMC-nin tarixin ən texnoloji cəhətdən inkişaf etmiş çiplərini istehsal etmək planlarından məlum olub. Yarımkeçirici istehsalçısı Tayvanın Tainan şəhərində yeni zavod tikməyi düşünür. Fab 25 adlanan yeni fabrikin altı istehsal sahəsindən ibarət kompleks olacağı və diqqətini 1 nanometrlik çiplərin istehsalına yönəldəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
57
1
poliqon.info

2Mənbələr