Bakı. Trend:
Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə alikomissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasındasəsləndirilmiş qərəzli fikirləri qınayır.
Trendxəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatındabildirilib.
"Biz ali komissardan Ermənistanın Azərbaycan torpaqlarınıişğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsindağıdılmasını, mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş4 minə qədər azərbaycanlının taleyinin müəyyən edilməsi üçünAzərbaycanla səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik.
Ali komissar Ermənistanın birinci prezidenti LevonTer-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlılarındeportasiya edilməsi yolu ilə mono-etnik dövlətin yaradılmasınıhədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqlarıüstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşistfikirlərin səslənməsini də pisləmədi.
Biz ali komissardan Ermənistanı dinc yolla öz dədə-babayurdlarına qayıdış uğrunda mübarizə aparan biz Qərbiazərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakinali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanınsuverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş, Xocalısoyqırımını törətmiş hərbi canilərin azad edilməsinə çağırış etdi.Ali komissarın bu çağırışı, faktiki olaraq cəzasızlığı təşviq etməkanlamına gəlir",- deyə bəyanatda qeyd edilib.