AZ

Lənkəranda qızlar üçün ödənişsiz bacarıq inkişafı təlimləri keçirilir

Milli Məclisin deputatı Fariz İsmayılzadənin təşəbbüsü və ADA Universitetinin müəllimlərinin iştirakı ilə Lənkəranda qızlar üçün ödənişsiz bacarıq inkişafı təlimləri keçirilir. "Olaylar" xəbər verir ki, ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş qız tələbələr üçün proqramlaşdırma və kodlaşdırmanın əsasları, maliyyə, sosial media və marketinq, layihə idarəetməsi və turizm işi mövzularında proqram ADA Universitetinin müəllimləri tərəfindən keçirilir. İştirakçılar artıq ilk həftələrdən proqramın verdiyi imkanları yüksək qiymətləndirir və əldə etdikləri biliklərin gələcək karyeralarına mühüm töhfə verəcəyini bildirirlər. İştirakçılar əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazanır. Əsas məqamlardan biri də odur ki, təlimləri uğurla bitirən iştirakçıların CV-ləri iri holdinq və şirkətlərin insan resursları şöbələri ilə paylaşılacaq, beləliklə onların məşğulluq imkanları genişləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr