AZ

Satışları artırmağın 4 qızıl qaydası - EKSPERT qızıl xırdaladı

Bəzən biznes sahəsində belə hallarla qarşılaşırıq. İki şirkət var, ikisi də önəmli məhsul satır. Birinin işləri yaxşıdır, digəri isə satışda problem yaşayır. Sahibkarların yaxşı satış etməsi üçün bilməli və əməl etməli olduğu qızıl qaydalar nələrdir? Satışları zəif olan sahibkarların etdiyi səhvlər nələrdir? 

Valyuta.az-a açıqlamasında "SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov bildirib ki, satışı artırmaq istəyən sahibkar 4 məsələyə fokuslanmalıdır: “İlk olaraq, sahibkarın əlində məhsulu və yaxud xidməti varsa, hazırdırsa, əlindəki məhsulun, xidmətin alıcısının kim ola biləcəyini bilməlidir. Yəni, hansı qrup insanlar üçün məhsul maraqlı və cəlbedici olar? Beləliklə, müştəri seqmentini öyrənməlidir. Müştərilərin alış davranışları, gözləntilərini õyrənməlidir ki, sonraki satış prosesini onun üzərindən qura bilsin. Sahibkar birinci öz müştərisini tanımalı, müəyyənləşdirməli və ona uyğun öz satış işlərini həyata keçirməlidir”.

Təklif rəqabət qabiliyyətli olmalıdır

Satış mütəxəssisi deyir ki, iIkinci məsələ məhsulu və təklifi hazırlamaqdır: “Təklif yalnız məhsuldan ibarət olmur. Məhsulu hansı qiymətə təklif və hansı xidməti təqdim edəcəyimiz önəmlidir.  Bütun bunların hamısı toplamda təklifi müəyyənləşdirir. Sənin təklifin rəqabət qabiliyyətli olmalıdır. Yəni, müştərilərə edilən təkliflər içərisində müştəri üçün sənin təklifin cəlbedici olmalıdır”.

Üçüncü addım odur ki...

A. Qəhrəmanov deyir ki, üçüncü addım satış sistemi ilə məşğul olmaqdır: “Biz neçə nəfər satış əməkdaşının olması, hansı peşəkarlığa malik satış əməkdaşlarımızın olması ilə bağlı sistem qurmalıyıq. Əməkdaşların müştərilərlə necə işləməsi, müştərinin haradan cəlb olunması və təkrar satışların necə olması ilə bağlı nə kimi addımların atılmasının vacibliyini bilməliyik. Nəticə olaraq, nəzarət, idarəetmə sistemi hazırlanmalıdır”.

Peşəkar satışı peşəkar satıcı həyata keçirir

Satış mütəxəssisi qeyd etdi ki, dördüncü önəmli addım satış komandasının motivasiya və peşəkarlığını qorumaqdır: “Biz daima, öz satış komandamızın peşəkarlığını artırmalıyıq. Müştəri bəlli olub, sistemi də müəyyən etdikən sonra komandanın motivasiyasını yüksək tutmaq lazımdır ki, onlar yüksək peşəkarlıqla satış həyata keçirə bilsinlər”.

Sərvanə Rəmixanova

Seçilən
21
valyuta.az

1Mənbələr