AZ

Məleykə Abbaszadə: Son illər qadınların texniki sahələrə olan marağı artıb

"Biz qadınlar cəmiyyətdən nəyi gözləyirik? Öz seçimizi necə edirik? Qadınlar stereotiplərdən qaçmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda ilk dəfə keçirilən  Qadın Liderləri Zirvəsində çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, qadınlar qəlibləşdirilmiş peşələrdə çalışmamalıdır: 

"İllərdir biz bunu görürdük. Amma son 15 ildə mühəndislik və bu sahələr üzrə mütəxəssis bu ixtisasları artıq Azərbaycanda gənc xanımlar seçim etməyə başlamışdır. Və bunu da qeyd edim ki, 30 il ərzində orta statistik göstəricidə qadınların qəbul statistikası daha yüksək olmuşdur, nəinki oğlanların. Düzdür, müəyyən bir seqmentdə əvvəlki illərdə 500 baldan yuxarı toplayanların arasında oğlanların sayı daha çox idi".

Fatimə Əşrəfli

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr