AZ

Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların orta aylıq maaşı - 580 MANAT ARTIB

2024-cü ilin sonuna sığorta, təkrarsığorta və pensiya təmiantı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 779,4 manata çatıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə müqayisədə 580,7 manat və ya 26% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 198,9 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 863,5 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 938,5 manat və ya 48,7% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 769,1 manat olub. Bu da illik müqayisədə 500,5 manat və ya 22,1% çoxdur.

Seçilən
28
fed.az

1Mənbələr