Bakı. Trend:
Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm vəxəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə,yollarda sıxlıqların yaranmasına səbəb olur.
Trendxəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov bildirib ki,xüsusulə də işıqforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkətiştirakçılarının həyatına risk yaradır.
"Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqətyetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə dəmotosikletin sürücüsü işıqforun qadağanedici siqanalını heçə sayırvə yolu gəldiyi sürətlə də keçir. İşıqforun qırımızı işığındankeçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçədəfə videoməlumat paylaşmışıq. Ancaq təəssüflər olsun ki, bəzisürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədərtəhlükəli olduğunun fərqində deyillər. Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzi diqqətə çatdırırıq ki, işıqforun qırmızıişığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə dəişıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizliktədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır",-deyə o əlavə edib.