AZ

İsrail ordusu Suriyada hərbi anbara zərbə endirib

Bakı, TurkicWorld

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın Latakiyanın Qardaha rayonunda yerləşən və keçmiş Suriya rejiminə aid silahların saxlandığı hərbi obyektə hava hücumu həyata keçirdiyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İsrail ordusunun bəyanatında bölgədəki son hadisələrlə əlaqədar hərbi infrastrukturun hədəfə alındığı bildirilib.

"Son hadisələrlə əlaqədar olaraq bölgədəki hərbi infrastruktura zərbə endirilməsi qərara alındı. IDF bölgədəki hadisələri izləməyə davam edəcək və İsrailin təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atacaq." - deyə açıqlanıb.

2024-cü ilin noyabrında Suriyada gərginləşən münaqişədən sonra dekabrın 8-də Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun bu ölkəyə hücumları intensivləşib.İsrail keçmiş rejimə aid hərbi obyektləri dağıtmağa başlayıb və Qolan təpələrindəki işğalını genişləndirib. İsrail ordusu artıq paytaxt Dəməşqdən cəmi 25 kilometr məsafəyə qədər irəliləyib.

Qeyd edək ki, İsrail 1967-ci ildə Suriyanın Qolan təpələrini işğal edib. 1974-cü ildə İsrail və Suriya arasında imzalanan geri çəkilmə sazişi ilə bufer zona və silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyən edilib.

Seçilən
46
31
turkic.world

10Mənbələr