AZ

Estoniya şirkəti Azərbaycanla təhsil sektorunda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Bakı. Trend:

Azərbaycanda təhsilin inkişafı ilə bağlı artıq 7 ildir ki, bizBərdə Peşə Liseyi ilə əməkdaşlıq göstəririk. Bu gün mən qürurladeyə bilərəm ki, biz qarşımıza qoyduğumuz hədəfləri yerinəyetirmişik və məktəb çox uğurla fəaliyyətini davam etdirir.Həmçinin Azərbaycanla təhsil sektorunda yeni əməkdaşlıq imkanlarınınəzərdən keçiririk.

Bu sözləri Trend-ə açıqlamasında "Jarva County VocationalTraining Centre" rəhbəri Rein Oselin deyib.

O, Estoniya təhsilinin keyfiyyətinin çox yüksək olduğunu və busferada dünyada yuxarı reytinqli ölkələr sırasında olduğunubildirib:

"Dünya dəyişir və yeni çətinliklər və həllər ortaya çıxır.Burada iqlim problemlərini, iqtisadiyyat, siyasət, süni intellektməsələlərini qeyd edə bilərik. Bu dəyişikliklər özlüyündə yenimaneələr, çətinliklər yaradır. Bu problemlər xüsusilə təhsilsistemində özünü daha çox büruzə verir. Çünki təhsil gələcəkdəinsanların yiyələnəcəyi bacarıqlara təsir edir. Məsələn, Estoniyapeşə təhsili sahəsində islahat aparıb və 3 illik proqram əvəzinə 4illik proqram tərtib etdik. Nəticədə təhsil alanların rəqəmsalbacarıqları daha da artdı. Bu o deməkdir ki, bütün şagirdlərimizdəyişən gələcəyə daha da yaxşı hazır olacaq, rəqabət qabiliyyətiartacaq".

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr