04.03.2025-cü il tarixində saat 09:45 radələrində Astara rayonu Şiyəkəran kəndində baş vermiş bıçaqlanma hadisəsi nəticəsində 1984-cü il təvəllüdlü 1 nəfər (kişi cinsli) qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Zərərçəkənə zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
***
10:22
Astara rayonunda 41 yaşlı kişi bıçaqlanıb.
Modern.az-ın məlumatına görə, Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayonun Şiyəkəran kənd sakini, 1984-cü il təvəllüdlü Fərrux İlqar oğlu Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.