Bakı. Trend:
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrəTəfsilatlı Tədbirlər Planı”nına uyğun olaraq Naxçıvan MuxtarRespublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər həyatakeçirilir.
Trendxəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası SəhiyyəNazirliyi məlumat yayıb.
Bildirlib ki, Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətlərinkeyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklər həyatakeçirilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzə kardio-reanimasiya, ümumireanimasiya və kardiocərrahiyyə üçün müvafiq olaraq 2 ədədxəstəbaşı monitor, ümumicərrahiyyə üçün 1 ədəd xəstəbaşı monitor vətransfer üçün 1 ədəd xəstəbaşı monitor avadanlıqları alınıb.Cərrahi prosedurların keyfiyyətini artırmaq məqsədilə 2 ədədcərrahi aspirator, 1 ədəd audiometriya cihazı, yenidoğulmuşlardaeşitmə qabiliyyətini müayinə etmək üçün 1 ədəd cihaz və 2 ədəd sudistilliyatoru alınmışdır.
Bundan başqa, mərkəzdə müalicə və prosedurların düzgün idarəolunması üçün 5 ədəd avtomatik şırınqa pompası, 3 ədəd avtomatikinfuziya pompası, 1 ədəd anesteziya cihazı, 1 ədəd anesteziyamonitoru və 1 ədəd suni tənəffüs aparatı təmin edilib. Digər vacibavadanlıqlar arasında 1 ədəd soyuducu, 3 ədəd tibbi dondurucu vəqan bankı üçün 1 ədəd tibbi soyuducu da mövcuddur. Xəstələrintemperaturunun qorunması üçün 1 ədəd xəstə isitmə cihazı, 2 ədədqan və infusiya məhsulları isidicisi, 1 ədəd dondurulmuş qanpreparatlarının əridilməsi cihazı alınıb.
Yeni alınan avadanlıqlar arasında 6 ədəd bakterisidşüalandırıcı, 8 ədəd 4 ayaqlı əsa, 4 ədəd kirli-təmiz camaşırarabası və 4 ədəd tibbi tullantıların daşınması üçün araba damövcuddur. Laringoskop və videolarinqoskop dəstləri, 1 ədədradiotezlikli venoz ablasiya cihazı, 1 ədəd əməliyyat masası üçünqızdırıcı və 1 ədəd elektron nebulyazer də alınan avadanlıqlararasında yer alır.
Reanimasiya və cərrahiyyə sahəsində 13 ədəd 4 motorlureanimasiya çarpayısı, 10 ədəd 5 motorlu reanimasiya çarpayısı və23 ədəd reanimasiya çarpayıları üçün döşək mövcuddur. Eyni zamanda28 ədəd 3 motorlu cərrahiyyə çarpayısı və 28 ədəd cərrahiyyəçarpayıları üçün döşək alınaraq mərkəzə gətirilmişdir. Xəstələrindaşınması üçün 2 ədəd xəstə daşıma arabası, 2 ədəd xərək, 4 ədədəlil arabası, 1 ədəd xəstə yuma arabası, 2 ədəd xəstə önü yeməkmasası və 1 ədəd xəstə daşıyıcı kran alınıb.
Həmçinin Ailə Sağlamlıq Mərkəzləri, Onkoloji Mərkəz vəHemodializ Mərkəzi üçün də bir sıra avadanlıqlar alınıb.Bumərkəzlərdə təmir işləri başa çatdıqdan sonra avadanlıqlarmərkəzlərin istifadəsinə veriləcəkdir.
Qeyd edək ki, mərkəzlərdə həyata keçirilən bu islahatlar, tibbixidmətlərin keyfiyyətini artırmaq və xəstələrə yüksək səviyyədəsağlamlıq xidmətləri təqdim etmək məqsədini daşıyır. Bu yeniliklər,Naxçıvan əhalisinin sağlamlığına öz töhfəsini verməklə yanaşı,tibbi xidmətə əlçatanlığı daha da yaxşılaşdıracaq. Adıçəkilənavadanlıqların alınması, mərkəzin tibbi infrastrukturunungücləndirilməsinə və müalicə proseslərinin daha effektiv, rahat vətəhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzində əhalinin dahakomfortlu və effektiv müalicə alması üçün genişmiqyaslıinfrastruktur yenilənməsi aparılıb, maddi texniki bazasıgücləndirilib. Belə ki, mərkəzdə müasir tələblərə uyğunlaboratoriya qurulub və bu laboratoriya üçün müvafiq avadanlıqlaralınıb. Qısa müddət ərzində bu avadanlıqların istifadəyə verilməsinəzərdə tutulur. Həmçinin, mərkəzdə onkoloji xəstələr üçünkimyaterapiya prosedurlarının təhlükəsiz və rahat şəkildə həyatakeçirilməsi məqsədilə xüsusi bir bölmə ayrılıb. Bu bölmədə müalicəprosesinin daha effektiv şəkildə təşkil olunması üçün hərtərəflişərait yaradılıb.
Mərkəzdə əlavə olaraq, iki yeni müasir avadanlıqlarla təchizedilmiş əməliyyat otaqları istifadəyə verilib. Bu otaqlardan birihibrid əməliyyat otağıdır ki, bu otaqda yüksək dəqiqliklidiaqnostik və cərrahi müdaxilələrin eyni vaxtda aparılmasımümkündür.
Eyni zamanda mərkəzdə pasiyentlər üçün yüksək səviyyəli xidməttəklif edən, müasir standartlara cavab verən palatalar hazırlanıb.Bu palatalar rahatlıq və fərdi qayğı prinsiplərinə əsaslanaraqdizayn edilib və artıq iki palata istifadəyə verilib. Digərpalataların təmir işləri yekunlaşdıqda, onlar da xidmətə təqdimolunacaq.Həmçinin Naxçıvan Sağlamlıq Mərkəzində yaradılmaqda olanlaboratoriyada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olanbütün laborator xidmətlər göstəriləcək.
Məlumat üçün qeyd edək ki, genişmiqyaslı infrastrukturyenilənməsi təkcə Naxçıvan Sağlamlıq Mərkəzini deyil, eyni zamandaAilə Sağlamlıq Mərkəzini, Onkoloji Mərkəzi və Hemodializ Mərkəzinidə əhatə edəcəkdir. Həyata keçirilən bu işlər hər şeydən əvvəlsəhiyyə sisteminin müasir tələblər sisteminə uyğun qurulmasınaxidmət edir.