AZ

Tramp Ukrayna münaqişəsini həll etməyə və diqqəti Çinə yönəltməyə çalışır – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsini həll etməyə səmimi şəkildə cəhd edir. Bununla o, həm amerikalı seçicilərin dəstəyini qazanmağa, həm də ABŞ-nin əsas diqqətini Çinlə qarşıdurmaya yönəltməyə çalışır. 

Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyinə hazırkı administrasiyaya yaxın keçmiş yüksək vəzifəli amerikalı rəsmidən məlumat verilib.

Onun sözlərinə görə, Tramp Ukraynadakı müharibəni dayandırmaq və bununla da sələfi Co Baydenin "səmərəsiz fəaliyyətini" göstərmək istəyir. Tramp hesab edir ki, Bayden illərlə bu problemi həll edə bilmədiyi halda, onun bir neçə ayda buna nail olması siyasi baxımdan ona üstünlük qazandıracaq.

Keçmiş rəsmi qeyd edib ki, Tramp administrasiyasının əsas diqqət mərkəzi Çin olacaq və Vaşinqton Ukrayna münaqişəsini sadəcə "yayındırıcı amillərdən biri" kimi görür.

Mənbə əlavə edib ki, Tramp ABŞ-nin Ukrayna resurslarına çıxış əldə etməsini vacib hesab edir və bunun üçün "həm təzyiq, həm də güzəştlərdən" istifadə etməyə hazırdır.

Eyni zamanda, Qərb Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasını istəsə də, "müharibə reallıqları" buna imkan vermir. Tramp administrasiyası da bu vəziyyəti dərk edir.

Keçmiş rəsminin sözlərinə görə, Tramp Fransa Prezidenti Emmanuel Makron və Britaniyanın Baş naziri Keyr Starmerdən Çinə qarşı mübarizədə dəstək gözləyir. ABŞ hələ də Rusiya və Çin arasında parçalanma yaratmaq fikrindən əl çəkməyib.

Bundan əlavə, Moskvanın ABŞ-nin nadir metalların hasilatında iştirak etməsi və alüminium tədarükü ilə bağlı təşəbbüsü "vaxtında irəli sürülmüş təklif" kimi qiymətləndirilib.

Trampın həyata keçirdiyi islahatların gələcək administrasiyalar tərəfindən ləğv edilə biləcəyinə dair suala cavab verən keçmiş rəsmi qeyd edib ki, bu ehtimal mövcuddur, lakin Trampın atdığı addımlar ABŞ tarixində misilsizdir və əgər uğurlu olarsa, Demokratlar Partiyası və onun xələfi onları geri çevirməkdə çətinlik çəkəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr