AZ

ABŞ və İsrail müdafiə nazirləri telefonla danışıb - İrana qarşı birlik...


ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailin müdafiə naziri İsrael Katz ilə telefon danışığı edib.

 

Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, Pit Heqset İsrailin təhlükəsizliyinə tam sadiq olduğunu bir daha bəyan edib.

 

Görüş zamanı tərəflər ümumi maraqları, regional hadisələri və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Heqset iki ölkə arasındakı "qırılmaz bağ"dan söz açıb. 

 

Həmçinin, İranın "regional təhlükəsizliyə təhdid yaratmağa davam etdiyini" qiymətləndirən rəsmilər bu kontekstdə birlikdə çalışacaqlarını bildiriblər.

 

Fidan Hacızadə

Seçilən
29
1
sfera.az

2Mənbələr