AZ

Azərbaycan üzgüçüsü dünya çempionatına lisenziya qazanıb

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə dünya çempionatında iştirak hüququ qazanıb.

İdman.biz xəbər verir ki, o, bu lisenziyanın Riqada keçirilən Latviyanın açıq çempionatında əldə edib.

İdmançımız sərbəst üsulla 1500 m məsafədə 14.26,02 nəticə göstərib. Qızıl medal qazanan Süleyman mundiala 2-ci lisenziyanın sahibi olub.

İsmayılzadə Riqada həm də Azərbaycan rekordu vurub. O, sərbəst üsulla 400 m məsafədə 3.55,67 nəticə ilə çempion olub. Üzgüçümüz FİNA xallarının sayını 813-ə çatdırmaqla rekorda sahib çıxıb.

Qeyd edək ki, üzgüçülərimiz Riqada 9 qızıl, 11 bürünc və 4 bürünc medal qazanıblar.

İdman.biz

Seçilən
36
2
idman.biz

4Mənbələr