Aİ ölkələrinin liderləri Kiyev rejiminə 20 milyard avro dəyərində yeni hərbi yardım paketi üzərində işi dayandırmaq qərarına gəliblər.
Politico yazır ki , Aİ ölkələrinin nümayəndələrinə baxılmaq üçün təqdim edilən mətndən Ukraynaya yeni hərbi yardımla bağlı bənd itib.
“Dəyişiklik Budapeştin əvvəlki versiyaya veto qoymasından sonra baş verib”, – nəşr bildirib.
Bundan əvvəl Avropa İttifaqı Ukrayna üzrə xüsusi nümayəndə təyin etməyi düşünürdü.
DOĞRU.AZ