AZ

“Amerika tarifləri qüvvəyə minərsə” - Kanada Trampa eyni tərzdə cavab verdi

Kanadanın Baş naziri Castin Trüdo bu gündən etibarən Kanadanın ABŞ-dən idxal etdiyi mallara 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.

Kanadanın ABŞ-nin ölkəsi ilə bağlı ədalətsiz qərarına cavabsız qalmasına icazə verməyəcəyini vurğulayan Trüdo, “Amerika tarifləri qüvvəyə minərsə, Kanada bu gündən qüvvəyə minən 25 faizlik tariflə buna cavab verəcək”, - deyə bildirib.

O, ABŞ-nin Kanadayla bağlı ticarət qərarının dəyişmədiyi müddətdə sözügedən tarifftətbiqinin qüvvədə qalacağını bildirib.

Xatırladaq ki, Tramp dünən Kanada və Meksikadan idxal edilən məhsullara artıq bu gündən 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

“AzPolitika.info”

Seçilən
73
azpolitika.info

1Mənbələr