AZ

İsrail mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Bakı. Trend:

İsraildə fəaliyyət göstərən “Israel National News Arutz Sheva”xəbər saytında Xocalı soyqırımı ilə bağlı “Paylaşılan ağrı. Yəhudiicmaları soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlıməqalə işıq üzü görüb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, məqalədə İsraildə və dünyanın müxtəlif yerlərindəyaşayan minlərlə Azərbaycan əsilli yəhudi icmasının 33 il əvvəlXocalıda baş verən qətliamı qurbanlarını yad etdiyi bildirilir.Qeyd olunur ki, yəhudi icmaları Xocalıda həlak olanların xatirəsinəehtiram əlaməti olaraq şamları yandırır, dualar oxuyur vəmərasimlər keçirirlər.

Bakıdakı Səfərad icmasının ravvini Zamir İsayev İsraildə 7oktyabr 2023-cü ildə baş vermiş qətliam zamanı azərbaycanlılarınİsrailə böyük dəstək olduğunu vurğulayıb. Ravvin rəhbərlik etdiyiyəhudi məktəbində Xocalı qurbanlarının xatirəsinə həsr olunan anımmərasimi keçirildiyini də diqqətə çatdırıb.

Məqalədə xüsusi olaraq qeyd olunur ki, Azərbaycanda İsraildövlətinə və yəhudilərə münasibətdə həmrəylik nümayişetdirilir.

İsraildə Xocalı faciəsinin anım mərasimini təşkil edən “Azİz”İsrail - Azərbaycan Xalqlararası Əlaqə” Assosiyasiyasınınprezidenti Adam Amilov “Azərbaycan və İsrailin ortaq ağrıları ikixalq arasında ümid və birlik körpüsünə çevrilmiş və beynəlxalqarenada diplomatik əlaqələri və qarşılıqlı dəstəyi gücləndirmişdir”kimi fikirləri də yer alıb.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.israelnationalnews.com/news/404585

Seçilən
34
6
az.trend.az

8Mənbələr